Modern.az

Azərbaycanla İordaniya arasında əməkdaşlıq Sazişi təsdiqlənəcək

Azərbaycanla İordaniya arasında əməkdaşlıq Sazişi təsdiqlənəcək

14 İyun 2024, 13:24

Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş təsdiqlənəcək.

 

Modern.az-ın xəbərinə görə, bu barədə qanun layihəsi bu gün Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin onlayn iclasında müzakirəyə çıxarılıb.

 

Müzakirələrdən sonra “Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə” qanun layihəsi parlamentin plenar iclasına tövsiyə edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Gürcüstanda ARA QARIŞDI - Minlərlə insan küçələrə axışdı