Modern.az

Azay Quliyev yenidən ATƏT PA-da komitə sədri seçildi

Azay Quliyev yenidən ATƏT PA-da komitə sədri seçildi

2 İyul 2024, 12:30

Azay Quliyev yenidən ATƏT PA-nın İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit komitəsinin sədri seçilib.

 

Modern.az xəbər verir ki, bu gün Rumıniyanın paytaxtı Buxarestdə keçirilən ATƏT PA-nın 31-ci İllik Sessiyası çərçivəsində ATƏT PA-nın İqtisadi məsələlər, Elm, Texnologiya və Ətraf mühit Komitəsinin rəhbərliyinə seçkilər keçirilib.

 

Azərbaycanın nümayəndə heyətinin rəhbəri Azay Quliyev yenidən və yekdilliklə Komitənin sədri vəzifəsinə seçilib. 
Komitənin sədr müavini Ukraynadan olan deputat Artur Gerasimov, məruzəçisi isə Portuqaliyadan olan deputat Paula Kardoza seçilib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir