Modern.az

Ziyafət Əsgərov vitse-spiker postuna qayıdır

Ziyafət Əsgərov vitse-spiker postuna qayıdır

Parlament

23 Sentyabr 2024, 10:53

Yeni Azərbaycan Partiyasının (YAP) deputatı Ziyafət Əsgərovun Milli Məclisin sədrinin müavini postuna namizədliyi irəli sürülüb.

 

Modern.az-ın məlumatına görə, YAP onun namizədliyini dəstəkləyib.

 

Ziyafət Əsgərov əvvəlki çağırışlarda Milli Məclisin sədrinin müavini olub.

 

Qeyd edək ki, Milli Məclisin sədr müavinlərinin sayı 3-dən 4-ə qaldırılıb. Sədr müavini postuna Əli Əhmədovun, Rafael Hüseynovun və Musa Qasımlının namizədliyi irəli sürülüb.

 

Hakim partiyanın Milli Məclisin sədri postuna namizədi isə Sahibə Qafarovadır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Azərbaycanla sərhəd bölgəyə hücum - Ö*lənlər var - Gündəm Masada - Media Turk TV