Modern.az

Xanım deputata yeni vəzifə VERİLDİ

Xanım deputata yeni vəzifə VERİLDİ

3 Fevral 2025, 12:58

Azərbaycan-Oman Sultanlığı parlamentlərarası əlaqələr üzrə İşçi Qrupu yaradılıb.

Modern.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə daxil edilən Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişiklik edilməsi barədə” qərar layihəsində əksini tapıb.

Layihəyə əsasən, deputat Səbinə Salmanova Azərbaycan-Oman Sultanlığı parlamentlərarası əlaqələr üzrə İşçi Qrupuna rəhbər təklif edilib.

Qərar layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?