Modern.az

Azad olunan ərazilərdə daha 138 mina aşkarlandı

Azad olunan ərazilərdə daha 138 mina aşkarlandı

10 Mart 2025, 11:44

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı açıqlayıb.

ANAMA-dan Modern.az-a verilən məlumata görə, sentyabrın 13-dən 18-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 90, tank əleyhinə 48 mina və 605 ədəd partlamamış hərbi sursat aşkarlanıb.

Nəticədə 1365.3 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?