Modern.az

Nəqliyyatla bağlı yeni qanun layihəsi HAZIRLANIB

Nəqliyyatla bağlı yeni qanun layihəsi HAZIRLANIB

Parlament

10 Sentyabr 2025, 13:12

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin payız sessiyası üzrə ilk iclası sentyabrın 17-də keçiriləcək.

Modern.az-ın məlumatına görə, iclasda 2025-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə komitədə görülən işlər barədə hesabat və komitənin 2025-ci il payız sessiyası üçün iş planının layihəsi müzakirə ediləcək.

Həmçinin, yeni hazırlanan "Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında" yeni qanun layihəsi də müzakirəyə çıxarılacaq.

İclasda deputatlar "İpoteka haqqında", "Avtomobil nəqliyyatı haqqında", "Vergi məcəlləsinə", "Gömrük tarifi haqqında" qanunlara dəyişiklikləri də müzakirə edəcəklər.

Sizə yeni x var
Keçid et
İranda xalq yenə ayağa qalxdı - QARŞIDURMA başladı