Modern.az

Bu şəxslərin işdən azad olunması qadağan edilsin - Deputatdan təklif

Bu şəxslərin işdən azad olunması qadağan edilsin - Deputatdan təklif

Parlament

10 Sentyabr 2025, 15:10

Pensiya yaşına iki il qalmış vətəndaş işsiz qalanda onun yenidən işə qəbul olması çətin olur. Bir sıra ölkələrdə əmək məcəlləsində işçinin işdən azad olunması qadağan edilib.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında deputat Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, Azərbaycanda da bu yaşda şəxslərin əmək bazarında qorunub saxlanılması üçün bu cür qanun layihəsi hazırlamaq lazımdır.

“Ona görə də bu il Əmək məcəlləsinə dəyişiklik edilməsi də iş planına əlavə edilməsini tövsiyə edirəm”- sonda qeyd edib.

Komitə sədri Musa Quliyev da bu təklifi müsbət qiymətləndirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?