Modern.az

Parlamentdə dini konfessiyaların rəhbərliyi ilə görüşlər keçiriləcək

Parlamentdə dini konfessiyaların rəhbərliyi ilə görüşlər keçiriləcək

Parlament

11 Sentyabr 2025, 14:07

Milli Məclisin 2025-ci il payız sessiyası dövründə İctimai birliklər və dini qurumlar komitəsində bəzi rəsmi şəxslərlə görüşlər keçiriləcək.

Modern.az-ın məlumatına görə, bu məsələ komitənin 2025-ci ilin payız sessiyası üçün iş planının layihəsində öz əksini tapıb.

Layihədə bildirilib ki, sessiya müddətində Qafqaz Müsəlmanları Ruhani İdarəsi, digər dini konfessiyaların, o cümlədən Azərbaycandakı Dağ Yəhudiləri İcması, Roma Katolik Kilsəsinin Azərbaycandakı Apostol Prefekturası, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası, Bakıdakı Avropa Yəhudiləri İcması və Azərbaycandakı Alban-Udi Xristian Dini İcmasının rəhbərliyi ilə görüşlərin keçirilməsi nəzərdə tutulur.
 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat