Modern.az

Deputatdan qeyri-ənənəvi təriqətlərlə bağlı XƏBƏRDARLIQ

Deputatdan qeyri-ənənəvi təriqətlərlə bağlı XƏBƏRDARLIQ

Parlament

11 Sentyabr 2025, 14:48

“Azərbaycanda qeyri-ənənəvi təriqətlərin yayılması və onların təsir imkanlarının artması bizi narahat etməlidir”.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin bu gün keçirilən iclasında deputat Ceyhun Məmmədov deyib.

"Son proseslər, dünyada gedən hadisələr onu göstərir ki, dindən alət kimi istifadə olunur və gələcəkdə də istifadə olunacaq. Azərbaycanın uğurları artdıqca, müəyyən qüvvələr son vaxtlar aktivləşiblər. Xüsusilə dini sahədə bunları etməyə çalışırlar”, - deyə deputat bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır