Modern.az

Milli Məclisin daxili prosedur qaydaları DƏYİŞİR

Milli Məclisin daxili prosedur qaydaları DƏYİŞİR

Parlament

12 Sentyabr 2025, 09:00

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin payız sessiyası üçün iclasları başlayır.

Modern.az-ın məlumatına görə, ilk iclas sentyabrın 16-da keçiriləcək.

İclasda 2025-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə komitədə görülən və payız sessiyasında görüləcək işlər müzakirə ediləcək.

İclasın gündəliyinə "Milli Məclisin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında" və "Milli Məclisin komitələri haqqında" qanunlara dəyişiklik edilməsi barədə qanun layihələri daxildir.

Qeyd edək ki, hər iki qanun Milli Məclisin plenar və komitə iclaslarında prosedur qaydalarını müəyyənləşdirir.

Xatırladaq ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, müavini Elşən Musayevdir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir