Modern.az

Qarşılıqlı etimada əsaslanan Azərbaycan-İtaliya əlaqələri uğurla genişlənir

Qarşılıqlı etimada əsaslanan Azərbaycan-İtaliya əlaqələri uğurla genişlənir

Parlament

2 Oktyabr 2025, 17:40

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin balanslaşdırılmış yanaşmaya, milli maraqların qorunmasına və qlobal əməkdaşlığın təşviqinə əsaslanan xarici siyasət kursu Azərbaycanı beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaşa çevirib. Bu gün qabaqcıl dövlətlər, beynəlxalq təşkilatlarla uğurlu münasibətlər məhz dövlətimizin başçısının strateji baxışının məhsuludur.

Azərbaycan ilə İtaliya arasında qarşılıqlı etimada əsaslanan əməkdaşlıq əlaqələri sürətlə genişlənir. Ölkələrimiz yalnız ikitərəfli deyil, həm də regional və qlobal məsələlərdə koordinasiyalı mövqe nümayiş etdirirlər. Fəal siyasi dialoq, qarşılıqlı səfərlər iki ölkə arasında münasibətlərin dinamik inkişafını təmin edir. 2020-ci ilin fevralında Azərbaycan Prezidentinin İtaliyaya dövlət səfəri çərçivəsində ölkələrimiz arasında imzalanan Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə münasibətlərdə yeni səhifə açıb və uzunmüddətli əməkdaşlığın yol xəritəsi funksiyasını daşıyır.

İtaliyanın Azərbaycanın Avropa ölkələri arasında siyasi, iqtisadi və ticarət baxımından əsas tərəfdaşı olduğunu söyləyən Şahin İsmayılov qeyd edib ki, siyasi dialoqun intensivliyi müxtəlif sahələrdə — iqtisadiyyat, energetika, təhsil, mədəniyyət və texnologiya istiqamətlərində əməkdaşlığın genişlənməsini təmin edir.

Azərbaycan-İtaliya münasibətlərinin təkcə ikitərəfli müstəvidə deyil, həm də ölkəmizin Avropa İttifaqı ilə əlaqələrində də mühüm körpü rolunu oynadığını söyləyən komitə sədri bildirib ki, Azərbaycanın enerji resurslarının İtaliyaya ixracı təkcə enerji bazarında iqtisadi mənfəət deyil, həm də Avropanın enerji təhlükəsizliyinə mühüm töhfədir. Bu əməkdaşlıq Azərbaycanın etibarlı tərəfdaş imicini gücləndirir və ölkəmizi Avropa enerji xəritəsində strateji aktora çevirir.

Bu xüsusda, Prezident Sercio Mattarella səfəri ölkələrimiz arasında dostluğa, strateji tərəfdaşlığa əsaslanan əlaqələrin dərinləşməsinə xidmət edir.

Şahin İsmayılov

Milli Məclisin Gənclər və idman komitəsinin sədri

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Ermənistanın KTMT-dən çıxdığını ELAN ETDİ