Modern.az

Deputat Çada gedir

Deputat Çada gedir

Parlament

3 Oktyabr 2025, 11:56

Milli Məclisin deputatı Çad Respublikasına səfər edəcək.

Bu barədə Modern.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
 
Milli Məclisin deputatı Könül Nurullayeva oktyabrın 5-də Çad Respublikasının Ncamena şəhərinə səfər edəcək.

Millət vəkili səfər çərçivəsində həmin şəhərdə keçiriləcək Qlobal Tolerantlıq və Sülh Şurasının Tolerantlıq və Sülh naminə Beynəlxalq Parlamentinin 13-cü plenar sessiyasında iştirak edəcək. Deputatımızın plenar iclasda çıxışı nəzərdə tutulub.

Səfər oktyabrın 7-də başa çatacaq.
 


    
 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ABŞ hərəkətə keçdi - Raketləri Rusiyanı BOMBALAYACAQ!