Modern.az

Milli Məclisdə vərəmlə bağlı dinləmə keçiriləcək

Milli Məclisdə vərəmlə bağlı dinləmə keçiriləcək

Parlament

4 Oktyabr 2025, 12:31

Bu ilin ən vacib tədbirlərindən biri Milli Məclisdə vərəmlə mübarizəyə həsr edilən dinləmənin keçirilməsi olacaq.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Soltan Məmmədov Ümumdünya Ağciyər Sağlamlığı Gününə həsr olunmuş beynəlxalq elmi-praktik konfransda çıxışı zamanı deyib.

Deputatın sözlərinə görə, bu, bir daha göstərir ki, parlament səhiyyənin inkişafına davamlı olaraq dəstək göstərməyə hazırdır: "İstənilən sahədə əldə olunan uğurlar ölkəmizin Prezident İlham Əliyevin rəhbərliyi altında həm sosial, həm iqtisadi, həm də humanitar istiqamətdə inkişafının bariz nümunəsidir. Xüsusilə səhiyyəmizin inkişafında uğurlar göz qarşısındadır. Milli Məclis səviyyəsində də davamlı olaraq qanunvericilik bazasının təkmilləşdirilməsi, vərəmlə mübarizədə lazım olan tədbirlərin görülməsi üçün işlər aparılır. Müvafiq qurumların gördüyü işlərlə bərabər, Milli Məclis də tələb olunan bütün qanun dəyişikliklərini etməyə hazırdır".

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna BOMBA YAĞDIRIR - Rusiya cəhənnəm alovuna qərq oldu