Modern.az

Sahibə Qafarova Xorvatiya parlamentinin sədri ilə görüşüb

Sahibə Qafarova Xorvatiya parlamentinin sədri ilə görüşüb

Parlament

8 Oktyabr 2025, 17:06

Oktyabrın 8-də ölkəmizdə rəsmi səfərdə olan Xorvatiya parlamentinin sədri Qordan Yandrokoviçin başçılıq etdiyi parlament nümayəndə heyəti Milli Məclisə gəlib.

Modern.az xəbər verir ki, qonaqlar parlamentin plenar iclas zalı ilə tanış olduqdan sonra Milli Məclisdə Heydər Əliyev Muzeyində olublar, Qordan Yandrokoviç burada Xatirə kitabını imzalayıb.

Sonra Milli Məclisin sədri Sahibə Qafarova və Xorvatiya parlamentinin sədri Qordan Yandrokoviç arasında geniş tərkibdə görüş olub. 

Milli Məclisin sədri Sahibə Qafarova bu səfərin son 11 ildə parlament rəhbəri səviyyəsində ilk səfər olmaqla yanaşı, ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərin inkişafına öz töhfəsini verəcəyinə inamını ifadə edib. Görüşdə ölkələrimiz arasında diplomatik münasibətlərin yaranmasından ötən 30 il ərzində münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi, əlaqələrimizin inkişafında ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm rolu qeyd edilib. 

Milli Məclisin sədri beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimiz arasında qarşılıqlı dəstək və həmrəylikdən məmnunluğunu bildirərək, COP29 çərçivəsində Xorvatiyanın ölkəmizin təşəbbüslərinə verdiyi fəal dəstəyin və Baş nazir Andrey Plenkoviçin bu mühüm tədbirdə iştirakının yüksək qiymətləndirildiyini diqqətə çatdırıb. 

Görüşdə Azərbaycanın bir sıra Avropa ölkələrinin enerji təhlükəsizliyinin qorunmasındakı mühüm rolundan söhbət açılıb. Söhbət zamanı parlamentlərarası əlaqələrin inkişaf perspektivləri, iki ölkənin parlament komitələri arasındakı münasibətlərin inkişafı və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Spiker Sahibə Qafarova qonağa həmçinin Ermənistanla sülh müqaviləsinin paraflanması barədə məlumat verib.
Azərbaycanda səfərdə olmaqdan məmnunluğunu bildirən Xorvatiya Parlamentinin sədri Qordan Yandrokoviç bu gün Prezident İlham Əliyevlə keçirdiyi görüş barədə təəssüratlarını bölüşüb.

O, 2023-cü ildə Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü bərpa etməsinin qürurverici olduğunu və tezliklə Ermənistanla sülh müqaviləsinin imzalanmasının bütün regionun inkişafına mühüm töhfə olacağını qeyd edib.

Parlament sədri ölkələrimiz arasında iqtisadi sahədə mövcud olan münasibətlərin, o cümlədən enerji sektorunda əməkdaşlığın önəmindən danışıb, Azərbaycanın Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin ediilməsində rolunu vurğulayıb.
 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan VƏHŞİLİK - Azərbaycanlılar Moskva hava limanında saxlanıldı