Modern.az

Xəstələr bu qərarı böyük səbirsizliklə gözləyirlər

Xəstələr bu qərarı böyük səbirsizliklə gözləyirlər

Parlament

6 Noyabr 2025, 12:50

Həllini gözləyən məsələlərdən biri ambulator müalicə alan xəstələrin dərman vəsaiti ilə təminatının İcbari Tibbi Sığorta ilə qarşılanmasıdır.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentin bir neçə komitəsinin ortaq iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Ə. Əmiraslanov bildirib ki, bununla bağlı “Tibbi sığorta haqqında” Qanunda dəyişikliklər də edilib.

“Təəssüf ki, bu məsələ hələ bugünədək öz həllini tapmayıb. Mən istərdim ki, 2026-cı ildə bu məsələ öz həllini tapsın. Çünki ambulator müalicə alan xəstələr bunu böyük səbirsizliklə gözləyirlər”, - deyə o vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya DƏHŞƏTLİ ZƏRBƏLƏR - Lukoyl partladıldı