Modern.az

Bu məsələ də büdcədə nəzərə alınmalıdır - Komitə sədri

Bu məsələ də büdcədə nəzərə alınmalıdır - Komitə sədri

Parlament

6 Noyabr 2025, 13:02

Son əsrdə Azərbaycanda orta illik temperatur 0,4–1,3 selsi artıb, quraqlıq dövrləri 34 faiz çoxalıb, tozlu hava hadisələrinin sayı isə 5 dəfə artıb. Bu göstəricilər ölkənin iqlim transformasiyasına məruz qaldığını göstərir. Bunlar büdcədə nəzərə alınmalıdır. 

Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bir neçə komitənin birgə iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı səsləndirib.

“Bakı və Sumqayıt kimi sənaye şəhərlərində hava çirklənməsinin 70–75 faizi nəqliyyat vasitələrinin emissiyaları ilə bağlıdır. Bu baxımdan, iqlimlə əlaqədar məsələlərin dövlət büdcəsində də nəzərə alınması vacib hesab olunur. Xüsusilə elektrikli nəqliyyat vasitələrinin stimullaşdırılması, bərpa olunan enerji mənbələrinin inteqrasiyası və regional hava monitorinq sistemlərinin gücləndirilməsi istiqamətində tədbirlərin dəstəklənməsi məqsədəuyğundur”- deyə komitə sədri bildirib..

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır