Modern.az

Parlamentdə həkim çatışmazlığı gündəmə gətirildi

Parlamentdə həkim çatışmazlığı gündəmə gətirildi

Parlament

6 Noyabr 2025, 13:25

“Bir çox bölgələrdə səhiyyə işçilərinin çatışmazlığı barədə dəfələrlə məlumat verilib. Biz bu məsələnin həllində özəl səhiyyəni də prosesə cəlb etməliyik”.

Modern.az xəbər verir ki, bu fikirləri deputat Asim Mollazadə bir neçə komitənin birgə iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı səsləndirib.

“Biz çox sosial məsələlərdən danışırıq. Amma dövlətin orta və xırda sahibkarlara dəstəyi də aparıcı istiqamətlərdən birinə çevrilməlidir. Özəl səhiyyə sisteminin genişlənməsi bölgələrdəki problemlərin həlli üçün effektiv vasitə ola bilər” – deyə deputat bildirib.

“Azərbaycan Səhiyyə Nazirliyi təmin etməlidir ki, vahid protokollar vasitəsilə hər yerdə sistemli bir yanaşma və modifikasiya həyata keçirilsin. Özəl şirkətlər də bu istiqamətdə sığorta çərçivəsində xidmət göstərərək bölgələrdəki kadr çatışmazlığının qarşısını ala bilərlər və bu barədə düşünmək lazımdır” – sonda A. Mollazadə bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya DƏHŞƏTLİ ZƏRBƏLƏR - Lukoyl partladıldı