Modern.az

Ürək köçürülməsi də dövlət proqramına salına bilər

Ürək köçürülməsi də dövlət proqramına salına bilər

Parlament

6 Noyabr 2025, 13:22

Keçən il dövlət vəsaiti hesabına 300-dən çox qaraciyər və böyrək transplantasiyası həyata keçirilib. Hesab edirəm ki, gələcəkdə, xüsusən ürək transplantasiyalarının da dövlət proqramına salınması mümkündür, çünki bu əməliyyatların maliyyəti qaraciyər transplantasiyalarından daha aşağıdır.

Modern.az xəbər verir ki, bu fikirləri deputat Rəşad Mahmudov bir neçə komitənin birgə iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı səsləndirib.

Deputat onu da qeyd edib ki, hazırda təhsil sahəsinə ayrılan büdcənin ÜDM-də payı 4%-dir.

“Amma Avropa ölkələrində səhiyyə və təhsil xərcləri arasında nisbət fərqlidir. Məsələn, Avropada səhiyyə büdcəsinin payı ümumilikdə bu sosial sahələrdə 65%-in üzərindədir. Bizdə isə bu tərsinədir. Bu balansın dəyişməsi vacibdir”.

O bildirib ki, yalnız xərclərin artımına deyil, strukturda keyfiyyət və effektivliyə də diqqət yetirilməlidir:

"Məsələn, bizdə hazırda “2+2” modeli tətbiq olunur. Lakin Türkiyədə bu gün tətbiq icbari tibbi sığorta üçüb tutlmalar 17%, Avropada isə 14% civarındadır. Bu baxımdan, “2+2” modelinin gələcəkdə “4+4” modelinə keçməsi vacib ola bilər. Bunu bəzən cəmiyyət əlavə yük kimi qavrayır, amma bu, səhiyyə sisteminin dayanıqlılığı üçün vacib addımdır.

Qarşıdakı illərdə səhiyyənin maliyyə sabitliyini gücləndirməklə dövlətin iqtisadi və sosial hədəflərinə daha da yaxınlaşa bilərik” – deyə deputat bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya DƏHŞƏTLİ ZƏRBƏLƏR - Lukoyl partladıldı