Modern.az

Nazirdən Siyavuş Novruzovun təklifinə REAKSİYA

Nazirdən Siyavuş Novruzovun təklifinə REAKSİYA

Parlament

7 Noyabr 2025, 13:24

Bizim regionlarımızda artıq vergi yığımları onların xərclərini ödəməyə böyük ölçüdə kifayət edir. Artıq yığımların həmin rayonun ehtiyacları üçün istifadə olunması mexanizmi artıq istifadə olunur: hər il ərzində həmin rayon üzrə proqnozda müəyyən edilmiş vergilərdən artıq yığılan vəsaitin 50 %-i rayonun xərcləri üçün həmin rayonun istifadə olunması üçün istifadə edilir. 

Modern.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzovun parlamentin bir neçə komitəsinin ortaq iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı səsləndirdiyi təklifə cavab olaraq bildirilib.

“Bu vəsaitdən həm sosial müdafiə, həm həmin rayon ərazisində yaşayan aztəminatlı ailələrə, həssas kateqoriyadan olan insanlara dəstək, həm də bərpa‑təmir xərcləri nəzərdə tutulur. Gələn il üçün bu proqnoz təqribən 100 milyon manatdır. Yəni, regionlarımız bu mexanizmdən aktiv istifadə edirlər və növbəti dövrdə də istifadə edə biləcəklər” – deyə nazir qeyd edib.

***

12:14

Gələcəkdə normadan artıq vergi toplayan regionların müəyyən faizlərinin həmin bölgələrdə qalması təmin edilsin. Bu vəsaitlər bölgələrdə abadlıq, quruculuq işlərinə və o cümlədən şəhid və qazi ailələrinin müraciətlərinə, şəhər infrastrukturunun inkişafına yönəldilə bilər. Bu həm də regionlar arasında sağlam rəqabət mühiti yaradar.

Modern.az xəbər verir ki, bunu Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin bir neçə komitəsinin ortaq iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirilib.

S. Novruzov Naxçıvan Muxtar Respublikası ilə bağlı da bir neçə məqamı qeyd edib:

“Cənab Prezidentin 2023-2027-ci illəri əhatə edən Dövlət Proqramı qəbul olunub. Bu proqram çərçivəsində dörd əsas sahə üzrə tədbirlər nəzərdə tutulur: Azad iqtisadi zonanın yaradılması, Turizmin inkişafı, su təchizat sisteminin qurulması, Yeni elektrik və alternativ enerji sistemlərinin təmin olunması.

Bu layihələrin icrası üçün ayrılan vəsaitlərin səmərəli istifadəsi məqsədilə mərkəzi qurumlar sənədləşmə işlərində Naxçıvana texniki dəstək göstərməlidir ki, layihələrin həyata keçirilməsi sürətlənsin. Zəngəzur dəhlizinin əsas keçid nöqtəsi Naxçıvan Muxtar Respublikasıdır. Hazırda orada yollar bağlıdır. Gələcəyi nəzərə alaraq, biz artıq bu gündən həmin bölgədə infrastruktur layihələrini həyata keçirməyə başlamalıyıq” – deyə komitə sədri bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Pezeşkiandan TƏCİLİ xəbərdarlıq - Tehrandan çıxın!