Musiqi məktəbində çalışanların işsiz qalması arzuolunan deyil.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında 2026-cı il büdcə zərfinin müzakirəsi zamanı parlament sədrinin müavini Rafael Hüseynov deyib.
O qeyd edib ki, bu sahədə də yenilik olmalıdır: “Amma baxılmalıdır ki, xüsusilə rayon musiqi məktəblərində elə adamlar çalışır ki, heç not bilmir, elementar biliklərdən məhrumdurlar. Digər tərəfdən, bu gün mədəniyyət evləri və klublar öz funksiyalarını yerinə yetirə bilmir. Bütün istiqamətlər üzrə biz modernləşməyə çalışacağıq. Bu zaman ixtisarların, bağlanmaların da səbəbi aydınlaşar”.