Modern.az

Bir çox bağça və məktəblərdə tibbi işçilər YOXDUR

Bir çox bağça və məktəblərdə tibbi işçilər YOXDUR

Parlament

13 Noyabr 2025, 12:56

Həmkarlarım da təsdiqləyə bilər ki, seçicilərimizin bizə ən çox müraciət etdiyi məsələlərdən biri də üç və daha çox uşaqlı ailələrlə bağlıdır. Son illərdə doğulan uşaqların sayında azalma müşahidə olunur. Bunun bir çox səbəbləri var. 

Dövlətimiz çoxuşaqlı ailələrə müxtəlif sosial dəstək proqramları təqdim edir. Amma burada beynəlxalq təcrübənin də öyrənilməsi vacibdir. Məsələn, üç və daha çox uşağı olan qadınlar üçün müəyyən güzəştlərin tətbiqi təklif olunur. Bu güzəştlər müxtəlif formalarda ola bilər, - iş saatının azaldılması, sosial müavinətlərin artırılması, vergi güzəştləri, hətta sığorta və pensiya güzəştləri şəklində. Dünyada bu istiqamətdə çox gözəl təcrübələr var və onların uyğun modelləri ölkəmiz üçün də tətbiq oluna bilər. 

Modern.az xəbər verir ki, bunu Ailə, qadın və uşaq problemləri komitəsinin sədri Hicran Hüseynova parlamentin bir neçə komitəsinin ortaq iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

"Mövcud qanunvericiliyə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, ölkəmizdə həm uşaq bağçalarında, həm də təhsil müəssisələrində tibbi xidmət təşkil olunmalıdır. Uşaqlara, eləcə də müəllim və texniki heyətə ilkin tibbi yardım göstərmək üçün həmin tibb məntəqələri məsuliyyət daşıyır. Bəzən uşağın həyatı göstərilən ilk tibbi yardımdan asılı olur və bu baxımdan tibb məntəqələrinin və tibbi personalın mövcudluğu olduqca vacibdir.

Ancaq, təəssüf ki, bir çox uşaq bağçalarında və məktəblərdə tibbi işçilər yoxdur. Bu, həm də psixoloji xidmətin təşkili məsələsinə təsir edir. Psixoloji dəstəyə ehtiyacın vaxtında müəyyən olunması bir çox ağır nəticələrin qarşısını ala bilər", - o qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Genaral işə qarışdı - Təyyarə qəzasıyla bağlı ŞOK DETAL