Noyabrın 19-da spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin 2025-ci ilin payız sessiyasında növbəti plenar iclası keçirilib.
Modern.az xəbər verir ki, iclasda Baş nazir Əli Əsədov və hökumət üzvləri, Mərkəzi Bankın sədri, Hesablama Palatasının sədri və digər şəxslər iştirak ediblər.
Nazirlər və komitə sədrləri büdcə zərfini təqdim ediblər.
Müzakirələrdə Milli Məclisin komitə sədrləri Fazil Mustafa, Zahid Oruc, Əhliman Əmiraslanov, Anar İsgəndərov, Tahir Rzayev, komissiya sədri Eldar Quliyev, deputatlar Azər Badamov, Vüqar Bayramov, Asif Əsgərov, Heydər Əsədov, İlham Məmmədov, Fariz İsmayılzadə, Mircəlil Qasımlı, Bəxtiyar Əliyev, Azər Allahverənov, Soltan Məmmədov, Aydın Mirzəzadə, Rəşad Mahmudov, Rövşən Muradov, Qüdrət Həsənquliyev, Naqif Həmzəyev, Ceyhun Məmmədov, Hikmət Məmmədov, Tahir Mirkişili, Əli Məsimli, Nəsib Məhəməliyev çıxış ediblər.
Millət vəkilləri gələn ilin dövlət büdcəsi layihəsinin əsas məqsədinin sosial-iqtisadi prioritetlərə uyğun xərclərin həyata keçirilməsi, qeyri-neft sektorunda davamlı artımın təmin edilməsi, büdcənin neft gəlirlərindən asılılığının azaldılması və fiskal dayanıqlılığın gücləndirilməsi olduğunu bildiriblər, bir sıra məsələlərlə bağlı rəy və təkliflərini səsləndiriblər.
Bununla da Milli Məclisin bugünkü iclası başa çatıb.
2026-ci ilin dövlət büdcəsi layihəsinin müzakirələri noyabrın 20-də davam etdiriləcək.