Dünya Bankının hesablamalarına görə, yaşıl enerji investisiyaları ÜDM artımını sürətləndirir, minlərlə yeni iş yeri yaradır, ixrac portfelini diversifikasiya edir, xarici sərmayəni cəlb edir.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov parlamentin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
“Hazırkı və gələcək büdcə çərçivəsində bu tipli hesabatların nəzərə alınması, bu sahənin gələcək inkişafda mühüm rol oynaya bilər”, - o deyib.
Deputat qeyd edib ki, eyni zamanda tullantıların enerji çevrilməsi, enerji səmərəliliyi və təkrar istehsal kimi istiqamətlərin büdcədə ayrıca dəstəklənməsi də vacib məsələlərdəndi.
“Bu məqsədlə Yaşıl Tullantı və Enerji Fondu”nun yaradılması, enerji çevrilməsi layihələrinin maliyyələşdirilməsi, bu sahədə illik nəticələrin büdcə hesabatında ayrıca göstərilməsi səmərəli olardı. Bu tədbirlər həm ekoloji dayanıqlığı, həm də enerji keçidini daha sürətli və iqtisadi cəhətdən faydalı edə bilər” – deyə S. Qurbanlı vurğulayıb.