Bir gündə demək olar ki, Azərbaycanda üç beynəlxalq tədbir keçirilir. Bütün dünya öz keçirdiyi tədbirləri Azərbaycanda keçirir. Bu Azərbaycanda olan ictimai-siyasi sabitlikdir, Azərbaycanda olan iqtidar-xalq birliyi və onların əlaqəsinin və təhlükəsizliyin nəticəsidir. Bu səbəbdən büdcədən təhlükəsizlik, müdafiə sisteminə ayrılan vəsait tam yerində olan vəsaitdir ki, bu təhlükəsizlik təmin olunsun.
Modern.az xəbər verir ki, bunu Regional məsələlər komitəsinin Siyavuş Novruzov parlamentin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Komitə sədri bildirib ki, keçən il ölkəmizdə 190-dan artıq beynəlxalq tədbir keçirilib və bu daha çox tədbir keçirilir və keçirilməyə də davam edir:
“Burada neftlə bağlı suallar qaldırıldı. Mən xatırlıyıram AXCP-Müsavat cütlüyü dövründə uğurlu neft kontraktından sonra burada məsələ qaldırdılar ki, nefti saxlayaq gələcək nəsillərə, nefti bu gün çıxarmaq lazım deyil. Nəticə etibari ilə bu gün neftdən gələn gəlirlər Azərbaycanın infrastrukturuna, regionların inkişafına, əhalinin sosial rifahının yaxşılaşdırılmasına, ünvanlı sosial yardımın verilməsinə, o cümlədən özünüməşğulluğun təmin olunmasına sərf olunur”.
Deputatların davamlı olaraq regionlardakı problemlərdən bəhs etməsinə cavab olaraq komitə sədri Qarabağda görülən quruculuq işlərini vurğulayıb:
“Cənab Prezident 5 il ərzində 569 dəfə işğaldan azad olunan rayonlara səfər edib, 170 layihənin təməlini qoyub, 167 obyektin açılışında iştirak edib. 62 mindən çox insan bu gün həmin regionlarda yaşayır. 19 məktəb, 7 məktəbəqədər müəssə, 1 xəstəxana istifadəyə verilib. Yollar və körpülər barədə kifayət qədər məlumatınız var”.
Prezidentin sərəncamı ilə regionların strukturlarının təkminləşdirilməsi ilə əlaqədar Nazirlər Kabinetinə tapşırıq verdiyini vurğulayan S. Novruzov
“ Regionlarımızın inkişafı hərtərəflidir. Xocavənd rayonunu çıxmaq şərti ilə qalan hamısı özü-öz büdcəsini təmin edir və əlavə yığdığı vəsaitin 50 faizi həmin regionda qalır ki, bunu da şəhid ailələri, qazilərə, aztəminatlı ailələrə, abadlıq-quruculuq işlərinə sərf olunu” – deyə S. Novruzov vurğulayıb.
“Bu gün regionlardan danışarkən rəqəmlərə də fikir vermək lazımdır. Regionlarda sağlam rəqabət gedir” – deyə o vurğulayıb.