Növbəti il üçün Dövlət Məşğulluq Agentliyinin aparatının və yerli qurumlarının, DOST agentliyinin, Əmək Bazarı və Sosial Müdafiə məsələləri üzrə Milli Observatoriyanın və Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin və yerli qurumlarının saxlanılması və işinin təşkil edilməsi xərcləri üçün müvafiq olaraq 58,7 milyon manat, 50 milyon manat, 5 molyon manat və 5 milyon manat vəsait ayrılması planlaşdırılır.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentin bugünkü plenar iclasında “Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihələrinin müzakirəsi zamanı deyib.
Komitə sədri sonda bildirib ki, "İşsizlikdən Sığorta Fondunun" büdcə layihəsi 2026-cı ildə sığorta olunanların itirilmiş əmək haqlarının kompensasiya edilməsi, özünüməşğulluq, peşə hazırlığı və peşəyönümü tədbirlərinin keçirilməsi, haqqı ödənilən ictimai işlərin təşkili və digər aktiv məşğulluq tədbirlərinin maliyyələşməsi üçün optimal əsaslar yarada biləcəkdir.