“Vergi qanunvericiliyində rüsumsuz ticarət mağazalarında ticarəti aparılan mallar üzərində ƏDV və aksizlərin sıfırla müəyyənləşməsi mühüm qərardır, nəticədə, əksinə mal və məhsulların qiymətlərinin aşağı düşməsi baş verəcəkdir. Çünki ölkəmizdə elə mağazaların sayı on minlərlədir”.
Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin bugünkü plenar iclasında Vergi Məcəlləsi və bir sıra qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.
Komitə sədri Hesablama Palatasının rəyi ilə bağlı məsələlərə diqqət çəkib:
“Hesablama Palatasının rəyində bildirilib ki, 10 min 5 qeyri dövlət obyektindən yalnız 30 faizi icarəyə verilib. Lakin cəmi iki il əvvəl azad olunan Xankəndində iqtisadi canlanmanı təmin edən addımları sözgedən 7000 dən çox obyektin icarəsində tətbiq etmək, bəlkə sıfır vergi siyasətini bölgələrdə yalnız iqtisadi dəyər yaratma amili, iş yerlərinin açılması, kriminallığın azldılmasına təsir edəcək və paytaxta axının qarşısını almaq baxımından faydalı olardı” – deyə Z. Oruc sonda bildirib.