Abidələrin aşkar edilməsi ilə bağlı məlumat verilməməsinə görə cərimələr tətbiq olunacaq.
Modern.az xəbər verir ki, bu məsələ Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə Mədəniyyət komitəsinin birgə iclası zamanı müzakirə edilən qanun layihələrinə dəyişiklikdə öz əksini tapıb.
Nəzərdə tutulan dəyişikliyə əsasən, tikinti və digər təsərrüfat işləri zamanı tarix və mədəniyyət abidəsi aşkar edildikdə iş dərhal dayandırılmadıqda, aidiyyəti quruma məlumat verilmədikdə, dəfinə və ya tapılmış abidələr dövlətə təhvil verilmədikdə cərimə tətbiq olunacaq.
Belə ki, fiziki şəxslər 200 manat, vəzifəli şəxslər 400 manat,nhüquqi şəxslər 3 min manat cərimələnəcək
Eyni xətanın təkrarlanmasına görə daha ağır cəza tətbiq olunacaq
Yeni qanun layihəsində, bir il ərzində eyni inzibati xəta təkrar edilərsə fiziki şəxslər 200 manat, vəzifəli şəxslər 500 manat, hüquqi şəxslər 3 min manat cərimə ediləcək.