Tarixi həqiqətlər heç zaman dəyişmir. Bütün dünyaya məlumdur ki, müasir müstəqil Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevdir. Ölkəmizi 1990-cı illərin başlanğıcında baş vermiş ağır faciələr zamanı uçurumun kənarından xilas edərək, vətəndaş müharibəsinə və erməni işğalına son qoyan dahi Heydər Əliyev bugünkü qüdrətli dövlətimizi məhz Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevə, onun arxasında “dəmir yumruq” kimi dayanan xalqımıza, vətənpərvər insanlarımıza əmanət etmişdir. Bizim üzərimizə düşən ən böyük vəzifə isə təbii ki, bu dövləti və onun milli ənənələrini göz bəbəyi kimi qorumaqdır.
Danılmaz faktdır ki, Azərbaycan 90-cı illərin başlanğıcında məhz təsadüfü hakimiyyətin AXC-Müsavat cütlüyünün yarıtmaz fəaliyyəti nəticəsində çətin və olduqca mürəkkəb olan bir dövr yaşamışdır.
Bu “müqəddəs” cütlük necə ki o dövrdə "azadlıq" şüarı altında azğınlıq edirdi, bu gün də həmin missiyaya “sədaqətlə” xidmət göstərməkdədir. Tamahlarına güc gələ bilməyən bu yarıtmaz cütlüyün qalıqları- Cəmil Həsənli, Əli Kərimli, Gültəkin Hacıbəyli kimi ünsürlər sən demə “yeni dövlət “ iddiasına düşüblər. Dövləti sevməyən, daim Rusiyanın vassalı, tabeliyi altında yaşamış Ramiz Mehdiyevin kölgəsinə sığınıblar. Ramiz Mehdiyev Əli Kərimli, Gültəkin və Cəmil kimi simasızları öz ətrafına yığıb, zamanı çatanda dövləti çevirmək üçün onları əli altında bəsləyirmiş. Əslində Ramiz Mehdiyev onları ölkədə əsas siyasi fiqur kimi təqdim etmək üçün, gizli yollarla bütün dəstəyini göstərərək dəridən, qabıqdan çıxırmış. Ramiz başda olmaqla onun bu cür riyakar komanda üzvləri-milli satqınlar əslində cəmiyyətə sübut etdi ki, onlar xəyanətkarlığın və şərəfsizliyin simvoludur. Həyatda çox şeyi başa düşmək olar.Misalçün, hər kəsə məlumdur ki, Əli və Gültəkin kimi cılız düşüncəli ünsürlər onsuz da əzəldən milli satqınlar qrupunda idi. Bəs Ramiz Mehdiyev, buna nə deyəsən.? Hazırda sən akademik olsan da, milli mövqeyin hər kəsdə, bütün milli ruhlu insanlarda çox böyük təəssüf hissi doğurdu Ramiz Mehdiyev.! Dövlətin çörəyini, suyunu iştahla qəbul edib, ona xəyanət etmək, sadəcə düşmən dəyirmanına su tökmək, ən böyük xəcalət və satqınlıqdır! İndi görürnən odur ki, R.Mehdiyevin maliyyələşdirdiyi bu milli satqınların maliyyə dəstəyi dayandığı üçün onların hər biri xaricə qaçmağa üz tutmaq istəyirmiş.
Ancaq bu milli kimliyi bilinməyənlər unudublar ki, demokratik və hüquqi dövlətdə yaşayırlar. Hamı ölkəmizdə qanun qarşısında bərabərdir. Kim qanun pozuntusuna yol verib, vətənə və dövlətə xəyanət edibsə, o kəslər mütləq qanun qarşısında cavab verəcəkdir.
Qərbin dünyaya car çəkdiyi demokratiya prinsipləri əsasında antimilli ideyalar pərdəsi arxasında gizlənən və digər yandan Rusiyaya bağlı, sadiq şəkildə fəaliyyət göstərən Ramiz Mehdiyev və həmfikirləri- Əli Kərimli, Gültəkin və Cəmil kimi xainlər sözün əsl mənasında ölkəmizin üz qarasıdır.
Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar da bu məsələlərə münasibətdə hazırda deskonstruktiv funksiyanı yerinə yetirən və əslində dövlətinə, xalqına müxalif olan AXC-Müsavat cütlüyünün mövcudluğunu siyasi cəhətdən təkzib edirlər.Dövlətinə və xalqına müxalif olan hər qrum, hər şəxs, qanunvericilik çərçivəsində ən ağır cəzasını alacaqdır. Ay milli satqınlar, sizin nə fiziki quruluşunuz, nə tam olmayan mənəviyyatınız nə Rusiyaya, nə də qərbə gərək deyilmiş. Orfoqrafik cəhətdən tamamilə səhv olan bir cümlə kimi üstünüzdən xətt çəkib, sizləri zibil qutusuna atdılar. Çünki sizləri maliyyələşdirənlərin gözündə artıq zibil qədər dəyəriniz yoxdur.
Bu riyakar cütlüyün nümayəndələri bir şeyə şükür etməlidir ki, onlar hazırda dünyanın digər dövlətlərində yox, Azərbaycan kimi demokratik və hüquqi dövlətdə yaşayırlar. Yoxsa ki, ədalət tərəzisi onları çoxdan edama layiq görmüşdü.!
İlham Məmmədov
Milli Məclisin deputatı