Modern.az

Zərdabinin heykəlinin yerinin dəyişdirilsin! - ANAR

Zərdabinin heykəlinin yerinin dəyişdirilsin! - ANAR

Parlament

8 Dekabr 2025, 12:04

Xalq yazıçısı Anar İçərişəhərdə Həsən bəy Zərdabinin heykəlinin yerinin dəyişdirilməsini təklif edib.

Modern.az-ın  məlumatına görə, o bu barədə Milli Məclisdə keçirilən “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” adlı konfransda çıxışında deyib.

“İçərişəhərdə ensiklopedoiyanın binası yerləşir. O bina ensiklopediya binası olanda onun qarşısında Zərdabinin heykəli qoyulmuşdu. İndi oranın birinci mərtəbəsi restorandır, nəticədə Zərdabinin heykəli doğru görünmür. Mən təklif edirəm ki, o abidənin yeri dəyişdirilsin, bizdə abidənin yerinin dəyişdirilməsi praktikası var”, - Anar bildirib.

O, heykəlin ADPU-nun bağına köçürülməsini təklif edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyayla ABŞ birləşib Avropanı dağıdacaq - Bu ölkədən ŞOK XƏBƏRDARLIQ