Modern.az

2026-cı ildə Hesablama Palatasının xərcləri SABİT QALIR

2026-cı ildə Hesablama Palatasının xərcləri SABİT QALIR

Parlament

9 Dekabr 2025, 11:56

Hesablama Palatasının 2026-cı il üçün xərclər smetası 11 milyon 455 min 897 manat təşkil edəcək.

Modern.az-ın məlumatına görə, 2025-ci ildə xərclər smetası eyni həcmdə olub.

Gələn il əməyin ödənişinə 9 milyon 915 min 236 manat nəzərdə tutulub.

Hesablama Palatasının əməkdaşlarının ölkədaxili ezamiyyətləri üçün 60 min manat, xarici ölkələrə ezamiyyətləri üçün isə 150 min manat proqnozlaşdırılıb.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ-dən şok etiraf - İran qarşısında dəhşətli itkilərimiz var - Gündəm Masada - Media Turk TV