Modern.az

Əmək Məcəlləsinə 420 dəyişiklik ediləcək

Əmək Məcəlləsinə 420 dəyişiklik ediləcək

Parlament

10 Dekabr 2025, 11:18

1999-cu ildən etibarən əmək məcəlləsinə yüzlərlə maddə üzrə dəyişiklik edilmişdir. Lakin kəmiyyət baxımından ümumilikdə 18 qanun üzrə 178 maddədə 457 dəyişiklik özündə ehtiva edir. Bu qanunların 8-i birbaşa Əmək və Sosial Siyasət Komitəsinin qanunvericilik arealına aid olan, digərləri isə dolayısı yolla komitəyə aid olan məsələlərdir.

Ümumilikdə 154 maddə üzrə 457 dəyişikliyin 420-si sırf Əmək Məcəlləsinə aid olan məsələlərdir ki, bu da faiz nisbətində 92 faizə bərabərdir.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü plenar iclasında Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev deyib.

Şöbə müdiri qeyd edib ki, Komitənin qanunvericilik sahəsinə aid olan məsələlərdə Həmkarlar İttifaqları haqqında qanunda – 6, Sosial Sığorta haqqında qanunda – 1, Valideyn himayəsindən məhrum olunmuş uşaqların sosial müdafiəsi haqqında qanunda – 2, Ünvanlı Dövlət Sosial Yardımı haqqında qanunda – 1, İşsizlikdən Sığorta haqqında qanunda və Əlilliyi olan şəxslərin hüquqları haqqında qanunda – 4, məşğulluq haqqında qanunda isə – 2 dəyişiklik nəzərdə tutulmuşdur.

“17 qanunda təsbit olunması nəzərdə tutulan dəyişikliklər məhz Əmək Məcəlləsində nəzərdə tutulan dəyişikliklər çərçivəsində hazırlanmışdır və uyğunlaşdırma xarakterlidir”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Moskvaya hücum - Hava limanları bağlandı