Modern.az

Azərbaycan kosmonavtlarla bağlı beynəlxalq sazişə qoşuldu

Azərbaycan kosmonavtlarla bağlı beynəlxalq sazişə qoşuldu

Parlament

16 Dekabr 2025, 11:58

“Kosmonavtların xilas edilməsi, kosmonavtların geri qaytarılması və kosmik fəzaya çıxarılmış obyektlərin geri qaytarılması haqqında Saziş”ə qoşulmaq barədə sənəd təsdiq edilib.

Modern.az xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə edilib.

Müzakirəyə əsasən Azərbaycan Respublikası 1968-ci il aprelin 22-də London, Moskva və Vaşinqton şəhərlərində imzalanmış “Kosmonavtların xilas edilməsi, kosmonavtların geri qaytarılması və kosmik fəzaya çıxarılmış obyektlərin geri qaytarılması haqqında Saziş”ə qoşulması barədə qanun layihəsi təsdiq edilib.

 

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır