Modern.az

Ticarət Gəmiçiliyi Məcəlləsinə dəyişiklik edildi

Ticarət Gəmiçiliyi Məcəlləsinə dəyişiklik edildi

Parlament

16 Dekabr 2025, 12:08

Mülki və Ticarət Gəmiçiliyi Məcəllələrində, eləcə də "Nəqliyyat haqqında" və "Avtomobil nəqliyyatı haqqında" qanunlarda dəyişiklik təsdiqləndi.

Modern.az xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə edilib.

İclasda bildirilib ki, sənəd "Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında" qanun layihəsindən irəli gələrək hazırlanıb, iki məcəllə və iki qanunda uyğunlaşdırma xarakterli dəyişikliklərin edilməsini əhatə edir.

Belə ki, "Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında" qanun layihəsində nəqliyyat-ekspertiza fəaliyyəti sahəsində pretenziya və iddia məsələləri (7-ci fəsil) tənzimləndiyindən, daşıyıcıya (1.1.1.-ci maddə) və ekspeditora (1.1.2-ci maddə) yeni məzmunda anlayışlar verildiyindən və eləcə də qanun layihəsinin bir sıra normalarının tələblərindən irəli gələrək Mülki Məcəlləyə və Ticarət Gəmiçiliyi Məcəlləsinə müvafiq dəyişikliklər edilib.

Hazırda nəqliyyat-ekspedisiya xidmətlərinin göstərilməsinə dair münasibətlər əsasən Mülki Məcəllə, Ticarət Gəmiçiliyi Məcəlləsi və "Nəqliyyat haqqında" qanunla tənzimlənir. "Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında" qanunla bu sahənin qanunvericilik bazası genişlənir və təkmilləşdirilir. Bundan irəli gələrək dəyişiklik təklif olunan hər bir qanunda nəqliyyat-ekspedisiya xidmətlərinin göstərilməsi ilə bağlı münasibətləri tənzimləyən qanunların dairəsi əks etdirilir (normativ hüquqi çərçivə müəyyən edilir). Bu dəyişiklik nəqliyyat-ekspedisiya xidmətləri sahəsində münasibətləri tənzimləyən qanunvericilik aktları arasında əlaqələndirmənin yaradılmasına və hüquq tətbiq etmə praktikasında yarana biləcək məsələlərin tənzimlənməsinə imkan yaradır.

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır