Modern.az

Azərbaycanda "Məsafədən iş" anlayışı müəyyən edilir

Azərbaycanda "Məsafədən iş" anlayışı müəyyən edilir

Parlament

16 Dekabr 2025, 13:24

Əmək Məcəlləsinə "Məsafədən (distant) iş" anlayışı əlavə edilir.

Modern.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Əmək Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.

Sənəddə vurğulanıb ki, prioritet istiqamət olaraq işçilərin əmək funksiyalarının distant iş formasında yerinə yetirilməsi sahəsi üzrə qanunvericiliyin formalaşdırılması müəyyən etmək, bu xüsusda işçilərin distant iş formasında əmək funksiyasının yerinə yetirilməsinin hüquqi əsasının yaradılmasını təmin etmək məqsədilə Məcəllənin 3-cü maddəsinə "Məsafədən (distant) iş" anlayışı gətirilib.

Qeyd edilib ki, Əmək Məcəlləsi işəgötürənin xammalından (materialından), istehsal vasitələrindən istifadə etməklə əmək funksiyasını öz evində, habelə məsafədən (distant) iş formasında yerinə yetirən işçilərə də şamil edilir.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır