Gələcəkdə hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair Anlaşma Memorandumunu Pakistan və Özbəkistanla da imzalamalıyıq ki, ikitərəfli və çoxtərəfli münasibətlərimiz genişlənsin.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyi arasında qarşılıqlı hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında” qanun layihəsinin müzakirəsində deyib.