Modern.az

Elektron siqaretlər üçün yeni aksiz dərcələri müəyyən edilir

Elektron siqaretlər üçün yeni aksiz dərcələri müəyyən edilir

Parlament

19 Dekabr 2025, 13:34

Vergi Məcəlləsində elektron siqaretlərlə bağlı müddəlarda dəyişiklik ediləcək.

Modern.az-ın məlumatına görə, bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan “Tütün və tütün məmulatı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Mövcud qanunvericiliyə görə, Azərbaycan Respublikasında istehsal olunan içməli spirtə, pivəyə, spirtli içkilərə, tütün məmulatlarına və onların əvəzedicilərinə, energetik içkilərə, birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzedicilərinə və elektron siqaretlər üçün mayeyə aşağıdakı aksiz dərəcələri tətbiq edilir:

- birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzedicilərin hər bir ədədinə 2 manat;

- elektron siqaretlər üçün mayenin hər litrinə 100 manat.

Qanun layihəsində birdəfəlik istifadə üçün elektron siqaret və elektron siqaretlər üçün maye ilə bağlı müddəların qanunvericilikdən çıxarılması təklif edilir.

Məsələ səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır