Modern.az

Avropa Parlamenti Azərbaycanın daxili işinə qarışır - Əli Əhmədov

Avropa Parlamenti Azərbaycanın daxili işinə qarışır - Əli Əhmədov

Parlament

19 Dekabr 2025, 11:36

Avropa Parlamenti uzun illərdir Azərbaycana qarşı qərəzli mövqeyi ilə Azərbaycanı tənqid etmək hüququnu itirib. 

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin  plenar iclasında vitse-spiker Əli Əhmədov qeyd edib.

O deyib ki, 30 il ərzində Azərbaycanın işğal altındakı torpaqları ilə bağlı ədalətli mövqeyini dəstəkləmək əvəzinə, susqunluq nümayiş etdirən, məcburi köçkünlərimizin yaşadığı humanitar böhrana göz yuman bu qurumun Azərbaycana qarşı iddialar səsləndirməyə mənəvi haqqı yoxdur.

“Təəsüflə qeyd etmək lazımdır ki, indinin özündə də Avropa Parlamenti Cənubi Qafqazda sülhün bərqərar olmasına mane olmaq, Azərbaycanla Ermənistan arasında normallaşma prosesini pozmaq və əməkdaşlığa əngəl törətmək istəyir. Bu yanaşma Avropa Parlamentinin anti-Azərbaycan meyillərinin formalarından biridir” – deyə o qeyd edib.

Əli Əhmədov Avropa Parlamentini suveren dövlətlərin daxili işlərinə müdaxilə etmək istədiklərini də bildirib:

“Heç bir dövlət, o cümlədən Azərbaycan, öz suveren hüquqlarını kiməsə, xüsusilə də Avropa Parlamentinə güzəştə getməməlidir. Təəssüf ki, Avropa Parlamenti bəzi beynəlxalq qruplarla birgə, müxtəlif ölkələrin daxili işlərinə qarışmaqla yanaşı, həmin ölkələrdə məqsədyönlü şəkildə təxribatlar, zorakı çevrilişlər və qeyri-sabitlik yaratmağa yönəlmiş cəhdlər göstərir. Təbii ki, heç bir dövlət buna imkan verməz və Azərbaycan da istisna deyil”.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır