Modern.az

Elektron siqaret qadağası aprelin 1-i qüvvəyə minəcək - TƏKLİF 

Elektron siqaret qadağası aprelin 1-i qüvvəyə minəcək - TƏKLİF 

Parlament

19 Dekabr 2025, 13:35

Sahibkarların müraciətlərini, eyni zamanda elektron siqaretlərlə bağlı sərt qadağa rejimini tətbiq etmiş ölkələrin təcrübəsini də nəzərə almaqla qanunun qüvvəyə minmə müddətinin fevralın 1-dən deyil, uzadılaraq aprelin 1-dən müəyyən olunmasını təklif edirik. Bu müddət ərzində maddi itkilərlə və çətinliklərlə üz-üzə qalmaması üçün sahibkarlara aidiyyəti qurumlar tərəfindən hər cür dəstək verilməsini vacib hesab edirik.   

Modern.az-ın məlumatına görə,  bu təkliflə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.
  
"Elektron siqaretlərin qadağan edilməsindən, yəni qanunun qüvvəyə minməsindən sonra biznesin bu seqmenti üzrə “qara bazar”ın yaranmasına, qaçaqmalçılıq cəhdlərinə yol verilməməsi üçün gömrük-vergi, antiinhisar, hüquq-mühafizə orqanları ciddi önləyici tədbirlər görməlidirlər. Və bu tədbirlər ardıcıl və paralel olaraq sistemli maarifləndirmə işləri ilə müşayiət edilməli və tamamlanmalıdır. Eyni zamanda qanunun səmərəli icrasını təmin etmək üçün effektiv institusional mexanizm yaradılmalı, icraçı qurumların səlahiyyət və məsuliyyətləri dəqiq müəyyənləşdirilməlidir"- deyə komitə sədri bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır