Omanla Azərbaycan arasında viza rejimi ləğv edilir.
Modern.az-ın məlumatına görə, bu məsələ, Milli Məclis bugünkü plenar iclasında müzakirə edilib.
“Azərbaycan Respublikası Hökuməti ilə Oman Sultanlığı Hökuməti arasında diplomatik, xüsusi və xidməti pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanunun layihəsi müzakirə edildikdən sonra qəbul edilib.