Minatəmizləmə üçün heyvanlardan istifadə qanuniləşdirilir.
Modern.az-ın məlumatına görə, bu məsələ, Milli Məclisin Aqrar siyasət komitəsinin bugünkü iclasında müzakirə edilən “Heyvanlar aləmi haqqında” qanununa təklif edilən dəyişiklikdə öz əksini tapıb.
Təklif olunan yeni qanun layihəsinə əsasən, heyvanlar aləmindən istifadə növləri genişləndirilir. Layihədə heyvanların minatəmizləmə fəaliyyətində partlayıcı sursatların aşkar edilməsi məqsədilə standart əməliyyat prosedurlarına uyğun şəkildə istifadəsi qanunvericilikdə ayrıca istifadə növü kimi təsbit edilir.
Dəyişikliyə görə, heyvanlar aləmindən istifadə yalnız mövcud qanunvericiliyin deyil, həm də müvafiq normativ hüquqi aktların tələblərinə əməl olunmaqla həyata keçiriləcək. Bununla da minatəmizləmə sahəsində heyvanlardan istifadənin hüquqi əsasları daha dəqiq müəyyənləşdirilir.