Modern.az

Təhsil müəssisələrində qədim əlifbamız da öyrənilsin - Günay Əfəndiyeva

Təhsil müəssisələrində qədim əlifbamız da öyrənilsin - Günay Əfəndiyeva

Parlament

23 Dekabr 2025, 17:03

Azərbaycan və Türkiyə Hökumətlərinin təhsil sahəsində əməkdaşlığına dair Sazişə Əlavə Protokol haqqında qanun layihəsi iki ölkənin qardaşlığının, yüksək səviyyəli strateji tərəfdaşlığının məntiqi davamı olmaqla yanaşı, həm də ümumtürk inteqrasiyasına növbəti bir dəyərli töhfəsidir.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisisn Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva deyib
Deputata qeyd edib ki, ötən əsrin sonlarında Heydər Əliyevin   "Bir millət, İki dövlət" müdrik çağırışı XXI əsrdə Prezidentin “Türk Dünyası bizim ailəmizdir” ifadəsində daha da geniş vüsət aldı və inkişaf yolumuzun əsas istiqamətlərindən birini göstərdi:

“Bu baxımdan Azərbaycan və Türkiyənin, eləcə də ölkəmizin bütövlükdə Türk Dünyası ilə birgə təhsil təşəbbüsləri ümumilikdə regionun yüksəlişində önəmli rol oynayır”.

O bildirib ki, Azərbaycanın Türk Dünyası ilə qardaşlıq və təhsil sahəsində əməkdaşlıq əlaqələri bu gün Bakıda Azərbaycan–Türkiyə Universitetinin, Füzuli şəhərində Özbəkistanın Mirzə Uluqbəy adına məktəbinin, Qazaxıstanın Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzinin, Ağdamın  Xıdırlı kəndində Qırğızıstanın “Ayköl Manas” məktəbinin, eləcə də Cəbrayıl rayonunda Macarıstanın dəstəyi ilə inşa edilən məktəbin fəaliyyəti ilə öz təsdiqini tapır.



“Bu təhsil ocaqları xalqlarımız arasında mənəvi və intellektual körpülərin qurulduğu, ortaq tarix, dil, mədəni dəyərlərə əsaslanan birgə baxış və həmrəylik mühitinin formalaşdırıldığı strateji platformalardır.
 
Düşünürəm çox vacibdir ki, ümumtürk birliyini təcəssüm etdirən təhsil müəssisələrində müasir dillərimiz ilə yanaşı, qədim əlifbamız da öyrənilsin. Bu, tarixi bağlarımızı daha da möhkəmləndirərək bizi bir-birimizə daha da yaxınlaşdıracaq.nNövbəti ilə sayılı günlər qalır və məlumunuzdur ki, Azərbaycan Prezidentinin Sərəncamına əsasən 2026-cı ildə Birinci Türkoloji Qurultayın 100 illiyi ölkəmizdə geniş qeyd olunacaq.

Bir əsr öncə bu qurultayda iştirak edən görkəmli ziyalılar, alimlər Türk dünyasının bu günkü mənzərəsini ,- elm, təhsil, mədəniyyətdə sıx əməkdaşlıq edən, bir-birinə dayaq olan, ortaq gələcəyə inamla irəliləyən birliyi arzulayırdılar.

Bu gün həmin arzular Azərbaycanın dövlət siyasətinin əsas prioritetləri sırasında konkret addımlarla və uğurlu nəticələrlə öz parlaq təcəssümünü tapır. Müasir dövrdə cənab Prezident bu tarixi missiyanı böyük siyasi-diplomatik məharətlə həyata keçirdi və ölkəmiz bu gün Türk dünyasının mühüm aparıcı sütunlarından biri kimi çıxış edir” - deyə G. Əfəndiyeva qeyd edib.


 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır