Modern.az

Müxalif deputatın oğlu hakim TƏYİN OLUNDU

Müxalif deputatın oğlu hakim TƏYİN OLUNDU

Parlament

25 Dekabr 2025, 18:20

Prezident İlham Əliyevin sərəncamı ilə bir sıra məhkəmələrə hakim təyin edilib.

Onlardan biri Orxan Əlizadədir. Sərəncama əsasən, o, Xətai Rayon Məhkəməsinin hakimi təyin olunub.

Modern.az-ın əldə etdiyi məlumata görə, Orxan Əlizadə Milli Məclisin deputatı Arzuxan Əlizadənin oğludur.

O, daha əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində katib işləyib.

Qeyd edək ki, Arzuxan Əlizadə Azərbaycan Milli İstiqlal Partiyasının sədridir. O, ötən il parlamentin deputatı seçilib və hazırda Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavinidir. 

Deputatın 3 övladı var.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır