Modern.az

Bu işçilərə ödənilən müavinət artırılır

Bu işçilərə ödənilən müavinət artırılır

Parlament

30 Dekabr 2025, 12:14

Əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatlarında dəyişiklik ediləcək.

Modern.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Əmək Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.

Mövcud qanunvericiliyə görə, işçi hərbi və ya alternativ xidmətə çağırıldığı halda əmək müqaviləsinə xitam verildikdə işəgötürən işçiyə orta aylıq əmək haqqının azı 2 misli miqdarında müavinət ödəyir.

Layihəyə əsasən, işçi hərbi və ya alternativ xidmətə çağırıldığı halda əmək müqaviləsinə xitam verildikdə işəgötürən işçiyə orta aylıq əmək haqqının azı 3 misli miqdarında müavinət ödəyəcək.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putinin iqamətgahına HÜCUM EDİLDİ