Modern.az

Minalardan zərər görən şəxslərin müalicəsi icbari tibbi sığortaya DAXİL EDİLİR

Minalardan zərər görən şəxslərin müalicəsi icbari tibbi sığortaya DAXİL EDİLİR

Parlament

30 Dekabr 2025, 12:06

Minatəmizləmə fəaliyyəti zamanı zərərçəkən şəxslərə yardım İcbari tibbi sığorta ilə göstəriləcək.

Modern.az-ın məlumatına görə, bu məsələ, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan “Minatəmizləmə fəaliyyəti haqqında” qanun layihəsində öz əksini tapıb.

Yeni layihəyə əsasən, əhalinin sağlamlığının qorunması sahəsində minatəmizləmə fəaliyyəti ilə əlaqədar zərərçəkmişlərin hüquqları “Minatəmizləmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq zərərçəkmişlər dövlət səhiyyə sisteminin müəssisələrində ixtisaslaşdırılmış tibbi yardımla dövlət büdcəsinin vəsaiti hesabına (“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xidmətlər zərfində nəzərdə tutulduğu halda isə icbari tibbi sığorta vəsaitləri hesabına) təmin olunacaq.

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putinin iqamətgahına HÜCUM EDİLDİ