Modern.az

Yanlış rezidentlik məlumatlarına görə cərimə tətbiq ediləcək 

Yanlış rezidentlik məlumatlarına görə cərimə tətbiq ediləcək 

Parlament

30 Dekabr 2025, 12:29

Maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin icrası məqsədilə şəxsin rezidentliyinin müəyyən edilməsi üçün dürüst olmayan və (və ya) təhrif olunmuş məlumatların və sənədlərin təqdim edilməsinə görə yeni cərimə müəyyənləşir.

Modern.az xəbər verir ki, bu məsə Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, maliyyə institutları tərəfindən fiziki və hüquqi şəxslərə hesab açıldıqda və ya maliyyə xidmətləri göstərildikdə vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin icrası məqsədilə şəxsin rezidentliyinin müəyyən edilməsi üçün dürüst olmayan və (və ya) təhrif olunmuş məlumatların və sənədlərin təqdim edilməsinə və ya təqdim edilmiş məlumatlarda və sənədlərdə şəxsin rezidentlik statusunun dəyişdirilməsinə səbəb olan dəyişiklik baş verdiyi halda, bu barədə məlumatların və sənədlərin Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə maliyyə institutuna təqdim edilməməsinə görə fiziki şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə ediləcək.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib. 

Whatsapp
Bizə yazın!
Keçid et
Putinin iqamətgahına HÜCUM EDİLDİ