Modern.az

İşçilərin attestasiyasının keçirilməsi qaydaları yenilənir

İşçilərin attestasiyasının keçirilməsi qaydaları yenilənir

Parlament

30 Dekabr 2025, 12:15

İşçilərin attestasiyası, onun keçirilməsi qaydaları və şərtləri dəyişdiriləcək.

Modern.az xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Əmək Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.

Mövcud qanunvericiliyə görə, yalnız müvafiq iş yerində azı bir il çalışan işçilər attestasiyadan keçirilə bilər.

Qanun layihəsində sözügedən müddəanın qanunvericilikdən çıxarılması təklif edilir.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?