Modern.az

Dəbilqəsiz moped idarə edənlər cərimələnəcək

Dəbilqəsiz moped idarə edənlər cərimələnəcək

Parlament

30 Dekabr 2025, 12:15

Motodəbilqə taxmadan və ya onu düymələmədən mopedi idarə edənlər cərimə ediləcək.

Modern.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, motodəbilqə taxmadan və ya onu düymələmədən mopedi idarə etməyə, yaxud motodəbilqəsi olmayan və ya onu düymələməyən sərnişinləri mopedi daşımağa görə qırx manat məbləğində cərimə ediləcək.

Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putinin iqamətgahına HÜCUM EDİLDİ