Modern.az

Bu hallarda abadlaşdırma işləri qadağan ediləcək

Bu hallarda abadlaşdırma işləri qadağan ediləcək

Parlament

30 Dekabr 2025, 12:25

Abidələrin toxunulmazlığına dair qanunvericilik təkmilləşdirilir.

Modern.az-ın məlumatına görə, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Mövcud qanunvericiliyə görə, abidələrin bədii-estetik görkəminin dəyişdirilməsi, uçurulması və onlar üçün təhlükə yarada biləcək təmir, inşaat, təsərrüfat və digər işlərin aparılması qadağandır.

Layihəyə əsasən, abidələrin korlanması və ya məhv edilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmadan başqa yerə köçürülməsi, eləcə də onların toxunulmazlığını pozan və onlar üçün təhlükə yaradacaq tikintiquraşdırma, bərpa, rekonstruksiya, konservasiya işlərinin və ya abadlaşdırma tədbirlərinin aparılması qadağan ediləcək.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putinin iqamətgahına HÜCUM EDİLDİ