Modern.az

Ermənistanla münasibətlər yeni mərhələyə qədəm qoyub - DEPUTAT

Ermənistanla münasibətlər yeni mərhələyə qədəm qoyub - DEPUTAT

Parlament

30 Dekabr 2025, 11:26

Bu gün Azərbaycan-Ermənistan münasibətləri artıq yeni mərhələyə qədəm qoyub. Hər iki tərəf münasibətlərin normallaşması üçün səylərini səfərbər ediblər. Artıq iki ölkə rəsmiləri arasında təmaslar daha da artıb, artıq Azərbaycan nefti Ermənistana ixrac olunur.  

Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Ceyhun Məmmədov bildirib.
“Cənab Prezidentin həyata keçirdiyi siyasət nəticəsində qələbəmiz daha da möhkəmləndi, Qarabağ və Şərqi Zəngəzurda bərpa və quruculuq işləri daha da sürətləndi”. 

Ceyhun Məmmədov ötən il 8 avqust sazişi, o cümlədən Azərbaycanın Türkiyə, Mərkəzi Asiya, ərəb ölkələri və Avropa ölkələri ilə əlaqələrinin daha da inkiaşf etdiyini bildirib. 

“Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində 2025-ci ildə də Azərbaycanın regionda və dünyada nüfuzu daha da artıb. Qarşıda isə bizi yeni qələbələr gözləyir”- o sonda qeyd edib. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putinin iqamətgahına HÜCUM EDİLDİ