Modern.az

Bu şəxslərin maaşı artırılsın - Deputatdan təklif 

Bu şəxslərin maaşı artırılsın - Deputatdan təklif 

Parlament

30 Dekabr 2025, 12:10

Minatəmizləmə ilə məşğul olanların maaşı artırılsın.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib.

Deputat qeyd edib ki, minatəmizləmə ən çətin işlərdən biridir:

“Demək olar ki, bu insanlar hər gün ölüm riski ilə üz-üzə qalırlar. Bu baxımdan, bütün texnikaların idxal rüsumlarından, gəlir vergilərindən azad olunması mümkündür. Həmçinin, bu sahədə çalışan insanların da vergi yükündən azad edilməsi, onlara güzəştlərin tətbiq olunması çox vacibdir. Çünki onların əməkhaqqısı o qədər də yüksək deyil”.

“Digər tərəfdən, mina səbəbindən onlara dəyən zərərin sonradan ödənilməsi, kompensasiyanın verilməsi də yetərincə nəzərə alınmır. Bu baxımdan, bu sahədə çalışan insanlara diqqət göstərilməlidir. Həm işğaldan azad olunmuş ərazilərdə, həm də ölkənin digər bölgələrində gündəlik həyatlarını təhlükə altına ataraq çalışan mina təmizləyicilərin maaşları aşağıdır, sosial müdafiələri isə yetərli səviyyədə deyil”- o bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putinin iqamətgahına HÜCUM EDİLDİ